“İnter”in keçmiş baş məşqçisi, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının sükanı arxasına keçmiş Simone İnzaqi seçimini əsaslandırıb.
Arena.az məlumat verir ki, daha əvvəl, 49 yaşlı italyan mütəxəssisin “Əl-Hilal”a keçidini, PSJ ilə Çempionlar Liqasının final oyunundan (0:5) əvvəl razılaşdırdığı, “İnter” rəhəbərliyinin isə bundan hiddətləndiyi və aldadılmış olduğu qənaətinə gəldiyi haqda xəbərlər yayılıb.
“Əgər bu, “İnter”də keçirdiyim dörd il müqabilində ödəməli olacağım haqdırsa, mən bunu sevinclə ödəyərəm, amma bu, mənim azarkeşlər, rəhbərlik, oyunçular və klubdan aldığım xoş məqamlarla müqayisədə heç nədir.
Mən bilirəm ki, son dörd il ərzində mənə qarşı irəli sürülmüş hətta ən ədalətsiz ittihamlar üçün də darıxacağam. Amma mən xoşbəxt idim, bacardığımı verdim, klub və rəhbərliklə isə sıx əməkdaşlıq etmişəm. Düşünürəm ki, onlar da, klubun rifahı naminə mənimlə ayrılmağın düzgün qərar olduğuna əmin olublar, bu, hamı üçün böyük ağrı olsa da.
Mən yeni çağırışı “İnter”dəki bir neçə illik ragatlıq bölgəsindən çıxmaq üçün qəbul etmişəm. Düşüncə tərzimi, öz oyun üslubumu dəyişmək və nəsə yeni xüsusu sınamaq istəyirəm. Çalışdırmaq istədiyim başqa bir komanda yox idi. Ona görə də “Əl-Hilal”ı seçdim”, – “RMC Sport” dərgisi İnzaqidən sitat gətirir.
Xatırladaq ki, Simone İnzaqi “Əl-Hilal”la 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. İtalyan mütəxəssis vergilərin çıxılmasından sonra mövsümə 26 milyon avro məbləğində qazanc götürəcək.
Simone İnzaqi daha əvvəl “İnter” və “Latsio”nu çalışdırıb. İnzaqi İtaliya futbolunun ən perspektiv məşqçilərindən hesab edilir, daha əvvəl çalışdırdığı “İnter”lə Avropa futbolunun zirvələrini fəth edəcəyi gözlənilirdi. Amma göründüyü kimi, İnzaqi ərəb futbolunu seçdi.