Bakı. Trend:
Hər zaman barəsində yalnız müsbət sözlər eşitdiyim Azərbaycanailk dəfə gəlirəm və Bakıda deyilənlərin həqiqət olduğuna şəxsənəmin oldum - burada hər şey yüksək səviyyədə təşkil olunub.
Trend xəbər verirki, bunu jurnalistlərə verdiyi açıqlamada “UFC Fight Night Baku”nunfəxri qonağı – gürcü əsilli amerikalı MMA döyüşçüsü MerabDvalişvili bildirib.
O qeyd edib ki, xüsusilə Azərbaycan mətbəxi ona çox xoş təsirbağışlayıb.Dvalişvili Azərbaycan və Gürcüstanın qonşu və dostölkələr olduğunu və burada olmaqdan böyük məmnunluq hissikeçirdiyini bildirib.
“Hesab edirəm ki, Azərbaycanda UFC turnirinin keçirilməsi ölkəüçün böyük hadisədir. Çox istərdim ki, belə bir tədbir Gürcüstandada keçirilsin, lakin bu kifayət qədər mürəkkəb məsələdir. Qarşıdangələn döyüşlərdə bütün azərbaycanlı idmançılara uğurlararzulayıram. Azərbaycanda hər zaman güclü döyüşçülər olub, ocümlədən, xaricdə yaşayan və çıxış edənlər arasında da. Bu günölkəni UFC-də təmsil edən üç idmançı ilə fəxr etmək olar. Onlardanbiri – dostum Nazim Sadıxovdur. Biz Nyu-Yorkda birgə məşq etmişik,onun debüt döyüşünü izləmişəm, indi isə Las-Veqasda birlikdəməşqləri davam etdiririk. Biz bir sürpriz hazırlamışıq və Nazimoktaqona çıxdıqda hamınız bunu görəcəksiniz”, – deyə Dvalişvilivurğulayıb.
İdmançının sözlərinə görə, Gürcüstanda da UFC Fight Night Bakuturnirinə böyük maraq var – Tbilisidən və Batumidən Bakıya biletlərqısa müddətdə satılıb, çoxları bu tədbirə qatılmaq istəyib.
Gecənin əsas qarşılaşması isə keçmiş UFC yarım-orta çəkidərəcəsi çempionu Camal Hill ilə sabiq titul iddiaçısı XəlilRauntri arasında olacaq.
Bəs Meraba görə, qarşılaşmanın favoriti kimdir?
“Hər ikisi əla döyüşçülərdir. Hill ilə çoxdan dostuq, Rauntriilə isə eyni zalda məşq edirik və onunla da yaxşı münasibətlərimizvar. Bu baxımdan, favorit seçmək mənim üçün çətindir – hər ikisinəuğurlar arzulayıram”, – deyə o əlavə edib.
Qeyd edək ki, Merab Dvalişvili hazırda UFC-nin ən yüngül çəkiüzrə çempionudur və UFC-nin çəki kateqoriyasından asılı olmayanümumi reytinqində (pound-for-pound) ikinci yerdə qərarlaşır.