BAKI, 19 iyun. TELEQRAF
“Moskva İtaliyanın RAI televiziya şirkətinin nümayəndəsinin Kremlə zərbə çağırışı ilə bağlı yazdığı yazıya görə Romadan rəsmi üzr gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“RAI televiziya və radio şirkətinin rəhbərliyindən rəsmi üzr gözləyirik. Amma mənə elə gəlir ki, italyan rəsmiləri də öz sözünü deməli və bəyan etməlidirlər ki, bu, İtaliya üçün norma deyil. Bu, yolverilməzdir”, - diplomat bildirib.