Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına istinadən verdiyi məlumata görə, Şimali Koreya reaktiv yaylım atəşi açıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bəyanatda bildirilir: "Şimali Koreya paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Sarı dəniz istiqamətində çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 10-dan çox raket atıb".