ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün Ukrayna və Rusiya arasında hərbi əsir mübadiləsinin yeni mərhələsi baş tutub. Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləri Rusiya əsirliyindən qayıdırlar".
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.
“Xalqımız rus əsirliyindən vətənə qayıdır. Bunlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləridir. Onların əksəriyyəti 2022-ci ildən əsirlikdədir”, - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bunlar Donetsk, Zaporojya, Luqansk, Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində döyüşmüş Ukraynanın hərbçiləridir.
“Biz əsirlikdə olan vətəndaşlarımızın geri qayıtması üzərində işləyirik. Bu mübadilənin mümkün olmasına kömək edən hər kəsə təşəkkür edirik. Məqsədimiz hər bir əsirimizi azad etməkdir”, - deyə prezident qeyd edib.
Bununla belə Prezident azadlığa çıxan hərbçilərin dəqiq sayını açıqlamayıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.