AZ

Putin Çin lideri ilə İsrail-İran müharibəsini müzakirə edib

Putin

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin bu gün telefonla danışıblar. Dialoq zamanı bu həftə Kanadada baş tutan sammitdə G7 ölkələrinin liderləri arasında yaranmış “sürtünmə” müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

ABŞ prezidenti Donald Tramp G7 sammitini bir gün əvvəl tərk etdikdən sonra liderlər Rusiya-Ukrayna müharibəsi məsələsində birliyə nail olmaqda çətinlik çəkiblər.

Qeyd olunur ki, D. Trampın Kanadanı tez tərk etməsi Ukrayna prezidenti V. Zelenskini onunla görüşmək və mühüm məsələləri, o cümlədən Amerika silahlarının tədarükünü müzakirə etmək imkanından məhrum edib.

Bildirilir ki, Putin və Si Kanadada keçirilən G7 sammitinin yekunlarını, xüsusilə, iştirakçılar arasında münasibətlərdə yaranmış məlum kobud nöqtələri qeyd ediblər.

Y. Uşakovun sözlərinə görə, Putinlə Si arasında telefon danışığı təxminən bir saat olub. Rusiya və Çin liderləri həmçinin İsrail və İran arasında düşmənçiliyi, ikitərəfli əlaqələri və BRİKS çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

V. QULİYEV
Seçilən
4
1
reyting.az

2Mənbələr