Şəhid ailələri, müharibə iştirakçıları və əlilləri, həmçinin onların ailə üzvləri daima Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Onların problemləri diqqətlə araşdırılır, ilk növbədə bu problemlərin həll olunması üçün mühüm tədbirlər görülür. 19 iyun 2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri Birinci Qarabağ müharibəsində Murovdağ ətrafında gedən döyüşlər zamanı itkin düşmüş şəhid İbrahimov Zabil Əlipaşa oğlunun yaxınları ilə görüşmüşdür. Görüş zamanı rayon rəhbəri ailənin problemləri ilə maraqlanmış onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq əməkdaşlara öz tapşırıqlarını vermişdir.
Şəhid ailəsi üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.




