AZ

MLS-də ən çox satılan futbol köynəyi kimə məxsusdur?

MLS-də ən çox satılan futbol köynəyi “İnter Mayami”nin 37 yaşlı kapitanı, argentinalı veteran ulduz hücumçu Lionel Messiyə məxsusdur.

Arena.az bu barədə yarışın rəsmi saytına istinadən məlumat verir.

Nəticənin müəyyənləşdirilməsi zamanı cari ilin yanvar ayının 1-dən may ayının 1-nə qədər olan müddət əsas götürülüb.

“Leo”dan sonra futbol köynəyi ən çox satılan oyunçu “vağlar”ın 38 yaşlı uruqvaylı mərkəz hücumçusu Luis Suaresdir.

İlk üçlüyü isə “Atlanta Yunayted”dən 31 yaşlı paraqvaylı sağ cinah hücumçusu Migel Almiron qapayır.

Seçilən
4
arena.az

1Mənbələr