AZ

Kamran Əliyevdən növbəti - Təyinatlar

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi general Natiq Abdullayev vəzifəsindən azad edilib.

Digər əmrlə Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsiə təyinat alıb.

Digər əmrlə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Seçilən
6
7
qafqazinfo.az

10Mənbələr