Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə nüfuzlu “Times Higher Education (THE) Impact Rankings” siyahısına daxil olub. Bu nəticə universitetin dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Times Higher Education” tərəfindən hazırlanan bu reytinq sistemi universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini qiymətləndirir. Qiymətləndirmə meyarlarına ali təhsilin keyfiyyəti, bərabər imkanların yaradılması, innovasiyalar, sağlamlıq və rifah, sənaye əməkdaşlığı kimi sahələr daxildir. Reytinq ali təhsil müəssisələrinin yalnız akademik nailiyyətlərinə deyil, həm də cəmiyyətə, iqtisadiyyata və ekoloji davamlılığa verdiyi töhfəyə əsaslanır.