AZ

Rusiya: Donetskdə Novonikolayevka qəsəbəsini də ələ keçirdik

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novonikolayevka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumat paylaşılıb.

Rusiya qüvvələrinin Ukrayna cəbhəsində irəlilədiyi bildirilən bəyanatda deyilir: “Mərkəzi Hərbi Qrupun qoşunları Donetsk Xalq Respublikasının Novonikolayevka qəsəbəsini azad edib".

Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində Ukraynaya məxsus 234 pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Rusiya Müdafiə Nazirliyi dünən Ukraynanın Sumı vilayətində Novonikolayevka və Xarkov vilayətində Dolqenkoye qəsəbələrinin ələ keçirildiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
1
turkustan.az

2Mənbələr