AZ

Trampın tarifləri Rusiyaya xeyir verib | VİDEO

AzVision.az xəbər verir ki, yerli mediaya müsahibəsində Rusiya İxracat mərkəzinin (RİM) baş direktoru Veronika Nikişina belə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun qlobal ticarət qaydalarını əsaslı şəkildə dəyişmək üçün atdığı addım qurulmuş təchizat zəncirlərin sabitliyini pozaraq, əvvəllər ABŞ bazarına diqqət yetirən ölkələrin ixracını çətinləşdirib və rəqabət qabiliyyətini azaldıb.

Sanksiya rejiminə görə əvvəlcədən ABŞ iləticarətdən kənarda qalan Rusiya isə birbaşa itki ilə üzləşməyib. Əksinə, boşalmış yerləri tutmaq imkanı əldə edib.

“Yeni rüsumların ciddi zərbə olduğu avropalı istehsalçılar bundan daha çox əziyyət çəkdilər. Bu fonda Rusiya malları, xüsusən də Rusiyanın sabitlik və xarici təzyiqdən müstəqillik təklif edə biləcəyi resurs tutumlu sektorlardakı məhsulları daha cəlbedici olur”, - Veronika Nikişina vurğulayıb.

Bundan əlavə, RİM-in rəhbərinin sözlərinə görə, qlobal bazar açıqlıq konsepsiyasının yenidən nəzərdən keçirilməsi mərhələsinə qədəm qoyub. Qloballaşmanın əvvəlki modelinə inamsızlığın artması şəraitində getdikcə daha çox ölkə texnoloji suverenliyə can atır.
Süni intellekt, rəqəmsallaşma, pilotsuz sistemlər və tibbi texnologiyalar sahəsində öz uğurlarına nail olan Rusiya Qərb modellərinə alternativ təklif edə bilər.

- Texnoloji inkişafın əsas sahələrində ciddi ilkin nailiyyətlərimiz var. Dünya ticarətinin əvvəlki məntiqinin dağılması kontekstində isə bu, bizim üstünlüyümüzə çevrilir”, - Veronika Nikişina bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
1
azvision.az

2Mənbələr