Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndəki tikililər güclü dövlət iradəsinin, qardaşlığın və mübarizənin simvoludur.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel bildirib.
O, zəlzələnin ilk günündən hər kəsin birləşərək böhrandan xilas olmaq üçün çalışdığını söyləyib:
“Azərbaycanın göstərdiyi yardım səmimiyyətin, könül nişanəsinin nümunəsidir. Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkür edirik”.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.