Bakı. Trend:
Bu ilin birinci rübündə Türkiyənin Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 300,855 milyonABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 39,447 milyon ABŞ dolları və ya 15,1% artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Türkiyədən yatırılan investisiyaların payı 19,8% təşkiledib. Bununla da Türkiyə dövr ərzində Azərbaycan iqtisadiyyatınainvestisiya yatıran ölkələr sırasında ikinci pillədəqərarlaşıb.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Türkiyəiqtisadiyyatına 92,582 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 52,552 milyonABŞ dolları və ya 2,3 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyəyə həyatakeçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 29,4% təşkiledib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çoxinvestisiya yatırım etdiyi ölkələrin sırasında Türkiyəiqtisadiyyatı ilk yerdə mövqe tutub.
Xatırladaq ki, 2024-cü ildə Türkiyədən Azərbaycana birbaşaxarici investisiyaların həcmi 261,408 milyon ABŞ dolları,Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə40,030 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.