“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən beynəlxalq muğam ifaçıları müsabiqəsi Azərbaycan Milli Konservatoriyasında davam edir.
Musavat.com xəbər verir ki, müsabiqədə iştirak edən daha bir qrup gənc istedadın birinci tur üzrə muğam ifaları təqdim olunur.
Müsabiqənin ilk turuna bu gün yekun vurulacaq və ikinci tura keçəcək ifaçıların adları açıqlanacaq.
Ümumilikdə isə, müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çindən və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.
Müsabiqədə Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunur.






