AZ

Qubanın Təngəaltı bölgəsinə 26 AZN-dən başlayan qiymətlərlə yay turu

Jet Travel turizm şirkəti yay mövsümündə Qubanın fərqli təbiət gözəlliklərini kəşf etmək istəyənlər üçün Təngəaltı turunu təqdim edir.

Finss.az xəbər verir ki, tur iyun və iyul aylarında müxtəlif tarixlərdə təşkil olunacaq.

Turun qiyməti ekonom paket üçün 26 AZN, standart paket üçün isə 30 AZN-dir. Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, standart paketdə səhər yeməyi və çay süfrəsi, tur rəhbərinin xidməti və yolboyu intelektual oyunlar (hədiyyələr daxil olmaqla) daxildir.

Ekskursiyalar çərçivəsində Təngə dərəsi, Mayıl mağarası, Memorial abidə kompleksi, Qəçreş meşəsi, Çənlibel gölü və Afurca şəlaləsi ziyarət olunacaq. Afurca şəlaləsinə UAZ və Niva ilə əlavə 8 AZN ödəniş tələb olunur. İştirakçılar özləri ilə yemək götürə və piknik edə bilərlər (əlavə 5-7 AZN ödənişlə).

Toplanış saat 06:30-da, yola düşmə 06:50-də başlayır, Bakıya dönüş isə təqribən 21:00-22:00 arasında nəzərdə tutulub.

Qeyd olunur ki, turun başlanmasına 1 gün qalmış ləğv etmək mümkün deyil və ödəniş geri qaytarılmır. Tur zamanı spirtli içkilərin qəbulu qəti qadağandır. Tur rəhbərinin təlimatlarına əməl etməyən şəxslər nəqliyyatdan kənarlaşdırılacaq. Hava şəraiti və mövcud vəziyyətə görə proqramda dəyişiklik edilə bilər.

Əlavə məlumat və qeydiyyat üçün Jet Travel ilə (099) 763 13 33 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr