Türkiyədən İsrail qırıcılarının hava məkanını pozması ilə bağlı — İLK AÇIQLAMA
Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus mənbələr İsrailin Türkiyənin hava məkanını pozduğuna dair xəbərlərə aydınlıq gətirib.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin mənbələri xəbəri təkzib edib.
Bildirilib ki, hücumun başladığı andan etibarən Türkiyə lazımi tədbirlər görüb:
"Hücumun ilk günü İsrail təyyarələrinin hava məkanımızı pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hücumun ilk anından tərəflərin hava hərəkətləri izlənilib və İsrail təyyarələrinin hava məkanımızı pozması ehtimalı üzərinə həyəcan siqnalı verən təyyarələrimiz havaya qalxaraq, öz sərhədlərimiz daxilində həyəcan reaksiyası və hava patrul missiyaları həyata keçirməyə başlayıb".