Gələn həftə Rusiya və Türkiyə arasında birgə iqtisadi komissiyanın iclası keçiriləcək.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.
"Gələn həftə Moskvada birgə iqtisadi komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bu, müzakirə aparmaq üçün daha bir məkan olacaq", - o qeyd edib.