AZ

Xudadat bəy Rəfibəyli nəslinin nümayəndəsi Qətərin neft sektorunda

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin “YouTube” kanalı olanDiaspor TV-nin əməkdaşları Ər-Riyadda ərəb ölkələrindəki Azərbaycanicması ilə keçirilən görüş çərçivəsində Qətərdə yaşayan soydaşımız,məşhur Rəfibəylilər nəslinin nümayəndəsi Eldəgiz Rəfibəyli iləmaraqlı söhbət aparıblar.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Müsahibə zamanı Eldəgiz Rəfibəyli 2004-cü ildən etibarənSOCAR-da və müxtəlif beynəlxalq şirkətlərdə neft-qaz sahəsindəfəaliyyət göstərdiyini, 2010-cu ildən isə xarici ölkələrdən aldığıiş təkliflərini dəyərləndirdiyini qeyd edib. Soydaşımız 2011-ciildən Qətərin paytaxtı Doha şəhərində yaşadığını və peşəkarfəaliyyətini orada davam etdirdiyini vurğulayıb.

Eldəgiz Rəfibəyli tanınmış nəslin davamçısı olmaqdan qürurduyduğunu qeyd edib, Azərbaycan adının onun üçün ilk növbədəəcdadlarının ismi ilə bağlı olduğunu bildirib. O, milli kimliyinihər zaman yüksək tutduğunu və Azərbaycan diasporunun güclənməsinədəstək verməyə həmişə hazır olduğunu ifadə edib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Gəncəquberniyasının general-qubernatoru, Xalq Səhiyyəsi naziri, həkimXudadat bəy Rəfibəyli həmsöhbətimiz Eldəgiz Rəfibəylinin ulubabasıdır.

Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür: https://www.youtube.com/watch?v=GkRqlAs4DDc

Seçilən
4
3
az.trend.az

4Mənbələr