19 iyun Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.
Operativ Media xəbər verir ki, Azərbaycanı bu turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komanda təmsil edir.
Turnirdə yığmamızla yanaşı Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.
Seçmə komanda ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.