“Qalatasaray”ın futbolçusu Taylan Antalyalı klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını “Kocaelispor”da davam etdirməyə yaxındır. Artıq Kocaeli klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Taylan Türkiyə millisində və “Bucaspor”, “Gənclərbirliyi”, “Ankaragücü” və “Samsunspor” kimi klublarda oynayıb.