AZ

İran Azərbaycan iqtisadiyyatına yatırımlarını azaldıb

Bakı. Trend:

Bu ilin birinci rübündə İran İslam Respublikasının Azərbaycaniqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarınınhəcmi 90,124 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 4,715 milyon ABŞ dolları və ya 5% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində İrandan yatırılan investisiyaların payı 5,9% təşkiledib.

Xatırladaq ki, 2024-cü ilin ilk rübündə İrandan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 94,839 milyon ABŞ dollarınabərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Məqalədə:
Seçilən
4
2
az.trend.az

3Mənbələr