AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

BAKI, 19 İYUN. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Uşangi Kokauri 1/8 final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində rəqib Türkiyə təmsilçisi Munir Ertuğ olub.

Rəqibinə qalib gələn Kokauri 1/4 finala yüksəlib.

Qeyd edək ki, Uşangi Kokauri mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk görüşündə serbiyalı İqor Vraçara, 1/16 finalda isə kubalı Endi Qrandaya qalib gəlib.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr