"Liverpul" qapıçısı Viteslav Yarosu icarəyə verib.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu çexiyalı qolkiperi "Ayaks"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı "əlcək sahibi" 2025/2026 mövsümünü Amsterdam klubunun heyətində keçirəcək.
Qeyd edək ki, Viteslav Yaros 2017-ci ildə "Liverpul"un akademiyasına qoşulub. Çexiya millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi