AZ

10 uşaqdan 6-sı savadsız böyüyür

UNESCO-nun 2025-ci il üzrə Qlobal Təhsil Monitorinq Hesabatı dünyada genişmiqyaslı öyrənmə böhranının yaşandığını üzə çıxarıb. İbti­da­i təhsili başa vuran uşaqların altısından beşi oxuma və riyaziyyat üzrə minimal səviyyəyə belə çatmır. Bu, əsasən Afrika və Cənubi Asiya ölkələrində daha kəskin hiss olunur, amma hətta inkişaf etmiş ölkələrdə belə, marginal qruplarda - miqrantlar və aztəminatlı ailələrin uşaqları arasında ciddi geriləmə var.

 

AzEdu.az xarici mənbələrdən aldığı məlumata görə xəbər verir ki, Afrikada bəzi ölkələrdə hər beş uşaqdan yalnız biri oxuma və hesablama bacarıqlarında minimum səviyyəyə çatır. Pandemiya səbəbilə təhsil alanların bilik səviyyəsində on illərlə əldə edilmiş irəliləyişlər bir neçə ilə silinib.

 

Minimum bacarıq səviyyəsi şagirdin yaşına və sinifinə uyğun sadə bir cümləni oxuya bilməsi və ya sadə riyazi məsələni həll etməsidir. Bu sadə göstərici belə, dünyada 60 faizdən çox uşaq üçün əlçatmaz qalır. Bu göstərici xüsusilə azgəlmiş və orta gəlirli ölkələrdə daha kəskindir və bu da qlobal təhsil sistemində mövcud olan dərin bərabərsizlikləri ortaya qoyur.

 

Hətta Birləşmiş Ştatlar kimi ölkələrdə də vəziyyət yaxşı deyil – 2025-ci ilin statistikalarına əsasən, 8-ci sinif şagirdlərinin üçdə biri oxu üzrə minimum səviyyədən aşağı nəticə göstərir, riyaziyyat sahəsində də vəziyyət dəyişmir.

Seçilən
3
azedu.az

1Mənbələr