AZ

Xabi Alonso “Real“la debüt oyunu haqda: “Mənə vaxt lazımdır”

“Real”ın 43 yaşlı ispan baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın sükanı arxasında debüt oyunu haqda açıqlama verib.

Arena.az məlumat verir ki, Alonsonun “Real”la debütü 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la oyuna (1:1) təsadüf edib.

Xabi Alonso matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Mən dərk edirdim ki, dəyişikliklərin gerçəkləşdirilməsi vaxt alacaq. Elə baxışlar var ki, təshih edilməsi gərəkdir, biz də bunu edəcəyik. Kifayət qədər vaxtımız yoxdur. Hazırlıq üçün bizim cəmi doqquz günümüz olub, bəzi oyunçular isə cəmi üç məşq keçiriblər. Hər şey heç də asan deyil, amma biz yarışda çıxış edirik və öyrənməyə can atırıq. Bizim planlarımızın gerçəkləşdirilməsi üçün zaman tələb edilir”, – ESPN şəbəkəsi Alonsodan sitat gətirir.

1-ci turdan sonra “Real”ın yer aldığı “H” qrupunda yarış cədvəli belə mənzərə yaradır:

  1. “Zalsburq” – 3 xal;
  2. “Əl-Hilal” – 1 xal;
  3. “Real” – 1 xal;
  4. “Paçuka” – 0.
Seçilən
3
arena.az

1Mənbələr