
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti 31 avqust - 1 sentyabr tarixlərində Çində keçiriləcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Xatırladaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib.
Qeyd edək ki, ŞƏT-in əvvəlki sammiti 2024-cü ilin iyulunda Astanada (Qazaxıstan) keçirilib.