AZ

''Qalatasaray''ın hədəfində olan ulduz gələcəyi ilə bağlı açıqlama verdi

''Qalatasaray''ın ciddi maraq göstərdiyi ''Mançester Siti'' və Portuqaliya yığmasının ulduz yarımmüdafiəçisi Bernardo Silva son açıqlaması ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümdə Çempionlar Liqasında uğurlu çıxış etmək istəyən Türkiyə çempionu Leroy Sanenin transferinin ardından diqqətini məhz bu futbolçuya yönəltmişdi. Amma 30 yaşlı futbolçunun son açıqlamasından belə başa düşmək olar ki, o, bu yay Mançesteri tərk etməyəcək və daha bir il indiki klubunda qalacaq:
''Mançester Siti'' ilə hələ birillik müqaviləm var. Yəni gələn yay ayrılmaq ehtimalım yüksəkdi. Amma hansı qərarı verəcəyimi indidən deyə bilmərəm. Həm də indi bu haqda danışmağın zamanı deyil. Klublararası Dünya Çempionatında mübarizəyə başlamaq üzrəyik. Məni indi yalnız bu turnirdə komandama fayda vermək maraqlandırır. Zamanı gəldikdə onsuz da bu məsələ haqda çox danışacam''.
2017-ci ildən ''şəhərlilər''in şərəfini qoruyan və indiyə qədər 6 premyer-liqa çempionluğu qazanan Silva ötən mövsüm 49 rəsmi oyunda iştirak edərək aktivinə 5 qol, 4 məhsuldar ötürmə yazıb.
Seçilən
3
1
football-plus.az

2Mənbələr