AZ

Paşinyan Minskə getməyəcək 

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçiriləcək sammitinə getməyəcək.

Modern.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib.

Qeyd edilib ki, o, tədbirə videobağlantı ilə qoşulacaq.

"Aİİ-yə üzv ölkələrin bütün rəhbərləri, Ermənistan baş naziri istisna olmaqla, tədbirdə şəxsən iştirak edəcəklərini təsdiqləyiblər. Nikol Paşinyan forumda distant formatda - videobağlantı vasitəsilə iştirak edəcək", - XİN başçısı qeyd edib.

Aİİ sammiti iyunun 26-27-də Belarusda keçiriləcək.

Seçilən
13
7
modern.az

8Mənbələr