“Barselona” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya nəhəngi Niko Uilyams ilə bütün şərtlərdə razılığa gəlib. Hazırda “Atletik”lə danışıqlar davam edir.
Futbolçu ilə müqavilə 6 illik nəzərdə tutulub. Onun maaşı illik 7-8 milyon avro olacaq. Klub hazırda 58 milyon avroluq sərbəstqalma bəndi ilə bağlı son danışıqları aparır.