Azpost saytına istinadən ain.az xəbər verir.
Dişlərin sağlamlığı genetikdənmi asılıdır, yoxsa bu, yalnız şəxsi gigiyena iləmi bağlıdır? Bu sual bir çox valideyni və pasienti maraqlandırır. AzPost bildirir ki, stomatoloq-parodontoloq Yegan Maroufidi bu barədə Gazeta.Ruya danışıb və məsələnin həm irsi, həm də fərdi amillərlə əlaqəli olduğunu bildirib.
Həkimin sözlərinə görə, dişlərin anatomik quruluşu – onların forması, ölçüsü, yerləşməsi və mina qalınlığı irsi xarakter daşıyır. Əgər valideynlərin diş quruluşu iri və ya spesifik formadadırsa, bu xüsusiyyət övladlarına da keçə bilər.
Bununla belə, Maroufidi qeyd edir ki, kariyes, diş əti xəstəlikləri və digər problemlər birbaşa genetik deyil, əsasən şəxsi gigiyena və qidalanma vərdişləri ilə bağlıdır. Məsələn, düzgün fırçalanmayan dişlər, şəkərlə zəngin və turşulu qidalar kariyes riskini artırır.
Həkim diqqətə çatdırır ki, bəzi sistem xəstəliklərə meyl – xüsusilə şəkərli diabet – genetik ötürülə bilər və bu da dolayısı ilə diş sağlamlığına təsir göstərir. Şəkərli diabet ağızda quruluğa səbəb olur, bu da dişlərin çürüməsini sürətləndirə bilər. Bu halda düzgün pəhriz və davamlı həkim nəzarəti vacib hesab olunur.
Maroufidi əlavə edir ki, osteoporoza meyl də irsi ola bilər və bu, çənə sümüyünün zəifləməsi ilə nəticələnə bilər. Osteoporoz yalnız dişlərin laxlamasına deyil, eyni zamanda stomatoloji əməliyyatlardan sonra sağalma prosesinin çətinləşməsinə səbəb olur.
Mütəxəssis sonda bildirir ki, genetik meyllər mövcud olsa belə, onların mənfi təsirini düzgün gigiyena, mütəmadi stomatoloji müayinə və sağlam həyat tərzi ilə minimuma endirmək mümkündür.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.