AZ

Türyançay Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib - FOTO

Meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Tovuz və Samux rayonlarının meşə ərazilərində, eləcə də Türyançay Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib. 

Təlimlərdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.Ekologiya.az

Seçilən
1
ekologiya.az

1Mənbələr