AZ

Rüstəm Xəlilov şəhid atalarını xəstəxanada ziyarət edib — FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhid atalarını müalicə aldıqları xəstəxanada ziyarət edib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov səhhətləri ilə əlaqədar müalicə aldıqları Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Qızılağac kəndindən olan Vətən Müharibəsi şəhidi, Nicat Nağıyevin atası İbrahim Nağıyevi və Sabirabad rayonundan olan Birinci Qarabağ Müharibəsi şəhidi Maqsud Nağıyevin atası İbrahim Nağıyevi ziyarət edib. Ziyarət zamanı onlara göstərilən səhiyyə xidməti, sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, xəstələrə şəfa diləyib.

Söhbət zamanı RİH başçısı Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə valideyinlərə təşəkkür edib, Allahdan rəhmət və səbr diləyib. Rayon rəhbərinə məlumat verilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və lazım olan bütün müayinələrdən keçiriliblər.







Seçilən
2
2
demokrat.az

3Mənbələr