AZ

Albert Riera “Sabah”la oyunlar barədə danışdı: “Heç kimdən qorxmuruq”

“Unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokuboklara vəsiqə qazanır. Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir. “Sabah”la oyuna qədərə vaxtımız var.  Rəqibi hərtərəfli təhlil edə biləcəyik. Ötən mövsüm güclü rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Sloveniyanın “Sele” klubunun baş məşqçisi Albert Riera püşkü dəyərləndirərkən deyib. İspaniyalı mütəxəssis daha sonra belə davam edib:

“Ötən mövsüm Konfrasn Liqasında 1/4 finala qədər irəliləmişdik. Bu, özgüvənimizi artırır.  Ötən mövsüm əldə etdiyimiz şey fantastik idi. Biz təkcə klubun deyil, təmsil etdiyimiz Sloveniya futbolu üçün tarix yazdıq. Bu bizim üçün çox şey deməkdir.Yeni mövsümə də bu düşüncə ilə daxil oluruq. Biz kim olduğumuzu bilirik, heç kimdən qorxmuruq. Çünki istənilən rəqiblə rəqabət apara biləcəyimizi sübut etmişik. Biz yeni uğurlara can atırıq”.

“Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.

Seçilən
4
1
idmanxeber.az

2Mənbələr