Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, D qrupunun 4-cü turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin Ukrayna yığması ilə ev oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.