AZ

“Ulduz” jurnalının yeni nömrəsində...

Bakı, 19 iyun, AZƏRTAC

“Ulduz” jurnalının iyun nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Yeni nəsil: poeziya” adlı xüsusi nömrə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb.

Nəşrin yeni nömrəsində tanınmış gənc şairlərdən 12 imza - Aqşin Evrən, Cavid Qasımov, El Roman, Malik Atilay, Nadir Yalçın, Rəvan Cavid, Rauf Ra, Rəşad Nağı Mustafa, Ramil Əhməd, Səttar Temuçin, Ulucay Akif, Ülvi Bahadırın şeirləri yer alıb.

“Dərgidə sərgi”də isə Aida İbrahimovanın rəsm əsərlər təqdim olunur.

Jurnal gələn ay oxucuların görüşünə “Yeni nəsil: tənqid”lə gələcək.

Seçilən
6
8
azertag.az

9Mənbələr