AZ

Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda vətəndaş müraciətlərini dinləyəcək

Bakı, 19 iyun, AZƏRTAC

Baş prokuror Kamran Əliyev iyunun 24-də saat 10-da Binəqədi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Binəqədi rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Seçilən
28
13
azertag.az

10Mənbələr