AZ

Cinxua-Türkmənbaşı-Bakı transxəzər marşrutu üzrə ilk yük qatarı yola çıxıb

Yazını böyüt
Yazını kiçilt

100 standart konteyner gündəlik tələbat malları, geyim və aksessuarlar, metal armatur və digər mallarla yüklənmiş qatar dünən Şərqi Çinin Zhejiang əyalətinin Cinhua şəhərindən Türkmənistanın Türkmənbaşı limanına yola düşüb və oradan dəniz yolu ilə Azərbaycanın paytaxtı Bakıya daşınacaq. Bu, Cinxua-Türkmənbaşı-Bakı transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə hərəkət edən ilk qatardır.

Hafta.az-ın yazdığına görə, Hançjou Dəmiryolunun Logistika Mərkəzinin əməkdaşı Vu Syaopinin sözlərinə görə, Cinhua şəhərinin cənub stansiyasından yola düşən qatar Xorqos keçid məntəqəsi (Sincan-Uyğur Muxtar Rayonu) vasitəsilə Çini tərk edərək Almatı, Daşkənd, Aşqabad və Mərkəzi Asiyanın digər mühüm şəhərlərindən keçəcək.

Cinxua şəhərindən Bakıya yüklərin daşınması multimodal metoddan istifadəni nəzərdə tutur: “dəmir yolu – dəniz – dəmir yolu”. Ənənəvi marşrut əvəzinə Xəzər dənizindən keçmək üçün Türkmənbaşı dəniz limanından istifadə yüklərin daşınma müddətini təxminən bir gün azaldacaq.

“Bu marşrutun uğurla açılması müəssisələrə daha səmərəli, rahat və etibarlı logistika həllini təmin edəcək, Çinlə beş Mərkəzi Asiya ölkəsi, həmçinin Çinlə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək”, - Vu Syaopin deyib.

Seçilən
0
hafta.az

1Mənbələr