ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Konstitusiyasına edilən dəyişikliklərdən biri də Ali Məclisə seçkilərlə bağlıdır.
“AzPolitika” “Modern.az”-a istinadlas bildirir ki, Ali Məclisə seçkiləri Azərbaycan Prezidenti təyin edəcək.
Seçkilər indiyədək Naxçıvan Ali Məclisinin sədri tərəfindən təyin edilirdi. Dəyişikliyə əsasən onun bu səlahiyyəti əlindən alınır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Konstitusiyaya, həmçinin Ali Məclisin buraxılması barədə maddə əlavə ediləcək. Belə ki, Ali Məclis 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilməkdikdə Azərbaycan Prezidenti tərəfindən buraxıla bilər.
Xatırladaq ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Ali Məclis tərəfindən iki oxunuşda qəbul edilib. Layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.