Türkiyənin "Başakşəhər" klubu Eldor Şomurodovu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu özbək hücumçu ilə razılığa gəlməyə yaxındır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.

Şomurodovun "Roma" ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, başa çatan mövsüm 37 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə 30 yaşlı hücumçunun dəyəri 5 milyon avrodur.