AZ

“Sabah” sabiq baş məşqçisi mövsümün ən yaxşısı seçildi

“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Musayev azarkeşlər arasında keçirilən sorğu nəticəsində qalib olub.

“Krasnodar” Rusiya Premyer Liqasında 2024/25 mövsümünün qızıl medallarını qazanıb.

Musayev 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.

Seçilən
5
futbolpress.az

1Mənbələr