Idmanxeber.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan I Liqasında mübarizə aparacaq “Şəfa” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Bakı təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. “Şəfa” San Marinonun “Faetano” komandasına çıxış edən Raul Yaqubzadə ilə anlaşıb. Tərəflər arasındakı danışıqlar müsbət nəticələnib.
21 yaşlı hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Yaqubzadənin klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümün əvvəlində bu kluba keçib.
Yaqubzadə bundan əvvəl “Sansepolkro”, “Nuova Florida”, “İmoleze” komandalarında, həmçinin “Peruca”nın aşağı yaş qruplarında oynayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.