Bu ilin yanvar-may ayları ərzində ölkəyə 377,3 milyon ABŞ dolları dəyərində 18,4 mindən çox hibrid avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 76,8 faiz və ya 163,9 milyon dollar, say baxımından isə təqribən 2,6 dəfə və ya 11,5 min ədəd üstələyir.
Ümumilikdə cari ilin ilk 5 ayında ölkəyə 789,7 milyon dollar (+21,8 faiz) dəyərində 42,7 mindən (+20,3 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 43,1 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 23,6 faiz bəndi çoxdur.