Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib.
Ölkə.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.
Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.