AZ

İran 6 qadın İsrail agentini və pilotsuz təyyarə dizaynerini həbs edib

İranın qərbindəki Kirmanşah əyalətinin Qəsri-Şirin şəhərinin təhlükəsizlik qüvvələri İsrail kəşfiyyat xidmətinin altı qadın agentinin izinə düşərək həbs edib. 

Vətəninfo.az xəbər verir ki , İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı polkovnik Müctəba Kakai iyunun 18-i axşam IRNA-ya bildirib ki, saxlanılanların hamısı qadındır və ölkədən qonşu İraqa qaçmağa hazırlaşır.

O, qadınların Qəsr Şirin şəhərində Təhlükəsizlik Departamenti ilə İran İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsi arasında koordinasiyalı əməliyyat nəticəsində həbs edildiyini qeyd edərək, qadın agentlərlə bağlı əlavə təfərrüatların daha sonra açıqlanacağını bildirib.

Öz növbəsində, Mehr xəbər agentliyi qeyd edir ki, İranın şərqindəki Məşhəd şəhərində İsrail üçün işləyən azı 18 pilotsuz təyyarə dizayneri həbs edilib. Onlar gizli şəkildə İsrail üçün işləyir, casus və döyüş pilotsuz təyyarələri dizayn edirdilər.

İsrail iyunun 13-də İranın nüvə və ballistik raket proqramlarını hədəf aldığını bildirərək İrana zərbələr endirib. İran zərbələrlə cavab verdi. Hər iki tərəf yeddi gündür ki, bir-birini vurur. İran iyunun 16-da rəsmi şəkildə ölənlərin sayını açıqlayıb və 224 nəfərin, o cümlədən 48 qadın və uşaq olduğunu bildirib. İsrail İranın zərbələri nəticəsində 24 nəfərin öldüyünü bildirib. 

Seçilən
2
veteninfo.az

1Mənbələr