AZ

Azərbaycan millisinin Ukrayna yığması ilə səfər oyununun yeri açıqlanıb

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

 

Seçilən
18
8
azertag.az

10Mənbələr