AZ

Azərbaycanın turizm xidmətləri üzrə ixracı idxalını üstələyib

2025-ci ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 8.8% artaraq 751.9 mln.$ təşkil etmişdir.

Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı "2025-ci ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansı"na istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (380.5 mln.$) idxalı (371.4 mln.$) üstələməsi nəticəsində 9.1 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 371.4 mln.$ olmuşdur. Bunun 79.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 0.4 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 61.0% artaraq 0.5 mlrd.$ olmuşdur.

Seçilən
19
marja.az

1Mənbələr