17 iyun – Azərbaycan Respublikası Tibb İşçiləri Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətində tədbir keçirilib. X saytı xəbər verir ki, tədbirdə rayonun səhiyyə sahəsində çalışan bir sıra həkim və tibb işçiləri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Təltif olunanlar arasında uzun illər rayon səhiyyəsində fəaliyyət göstərən və peşəkarlığı ilə seçilən Vaqif Abdinov da yer alıb. Rayon rəhbəri onun səhiyyə sahəsindəki əməyi və əhalinin sağlamlığının qorunmasında göstərdiyi xidmətləri yüksək dəyərləndirib. Tədbirdə çıxış edən Vaqif Abdinov göstərilən diqqətə görə təşəkkürünü bildirib, bu mükafatın gələcək fəaliyyətinə stimul olduğunu vurğulayıb. Qeyd edək ki, Lerikdə hər il ənənəvi olaraq Tibb İşçiləri Günü qeyd olunur və bu peşə sahiblərinin əməyinə xüsusi önəm verilir.