AZ

UFC çempionu: Döyüş gecəsi Nazim Sadıxovla sürpriz hazırlamışıq

BAKI, 19 iyun. TELEQRAF

“Nazim Sadıxovla birgə çox məşq etmişik. Hətta sürpriz hazırlamışıq, bunu, həmin gecə görəcəksiniz”.

Teleqraf xəbər verir ki, bunu UFC-nin Bakıda keçiriləcək turniri üçün Azərbaycan gələn məşhur MMA döyüşçüsü Merab Dvalışvilii jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı gürcüstanlı idmançı azərbaycanlı döyüşçü Nazim Sadovu yaxından tanıdığını bildirib: “Mən onun ilk döyüşünü izləmişəm. Onunla Las Veqasda məşq edirdik”.

O, ilk dəfə Bakıya gəldiyini qeyd edib: “Bundan öncə Azərbaycan barədə ancaq pozitiv şeylər eşitmişəm. İndi isə özüm bunu gözümlə görürəm. Hər şeyi, yeməkləri çox bəyənirəm. Azərbaycan və Gürcüstan dost ölkələrdir. Çox xoşbəxtəm ki, buradayam”.

Merab Dvalışvilii yarışın öz vətənində keçirilməsi arzusunda olduğunu da vurğulayıb: “UFC tədbiri Azərbaycan üçün çox böyük hadisədir. Mən istərdim ki, bu yarış Gürcüstanda da keçirilsin. Amma bu, çətin məsələdir. Bu baxımdan şanslısınız”.

Qeyd edək ki, Merab Dvalişvili yüngül çəki dərəcəsində UFC çempionudur.

Seçilən
4
teleqraf.com

1Mənbələr