AZ

Sabiq məmurların milyardlıq əmlakı müsadirə olunur Siyahı açıqlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun daha bir iddiasını icraata qəbul edib. Söhbət qeyri-qanuni yolla əldə edilmiş əmlakın dövlət xeyrinə müsadirə edilməsindən gedir.

Baş Prokurorluğun iddiası sabiq yüksək vəzifəli şəxs – Mülki Aviasiya Baş İdarəsinin (hazırda Mülki Aviasiya Komitəsi) keçmiş rəhbəri Artyom Movsesyan və onunla əlaqəli şəxslərə qarşı irəli sürülüb.

Tələb olunan əmlaklar bunlardır:

-8 daşınmaz əmlak obyektinin;

-2 nəqliyyat vasitəsinin;

-5 hüquqi şəxsə payçı kimi iştirakın;

-1 milyard 550 milyon 258 min Ermənistan dramı (təxminən 4 milyon ABŞ dolları);

və əlavə olaraq 8 milyon 419 min dramın müsadirəsi.

Məhkəmə iddianın təminatı məqsədilə ilkin təminat tədbirləri tətbiq edib.

Xatırladaq ki, Nikol Paşinyan hökuməti dövründə Ermənistanda bir neçə sabiq məmura qarşı korrupsiya və qeyri-qanuni varidatla bağlı cinayət işləri başlanıb. Bu proses çərçivəsində yüz milyonlarla dramlıq əmlakın dövlət büdcəsinə qaytarılması üçün hüquqi prosedurlar davam etdirilir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr